top of page

Cəbhədə vəziyyət yenidən gərginləşir: şəhidimiz var - RƏSMİ

"Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlu şəhid olub", —deyə MN-in açıqlamasında bildirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir: "Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı provokasiyaya görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaqdır".

Azərbaycan Müdafiə Nazirliyi: "Məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq"

Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir. Sputnik bu barədə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

bottom of page