Zuckerberg gizli “Facebook” versiyasını göstərdi

“Facebook” canlı yayım funksiyasının əhatə dairəsini keçən həftə genişləndirdi. Şirkətin CEOsu Mark Zuckerberg canlı yayım funksiyasının əhatə dairəsini genişləndirməsini canlı yayımladığı videoda qeyd etdi və bəzi detalları izləyicilər ilə paylaşdı.
PRESSNEWS.AZ “Theverge”ə istinadən bildirir ki, “Facebook”un iOS tətbiqi üçün sadəcə istifadə olunan “Facebook” içində istifadə olunan beta versiyası ortaya çıxdı. Zuckerberg videonun əvvəlində tətbiqi açır və bunun “Facebook”da işləyənlər üçün xüsusi olaraq hazırlandığını dəfələrlə qeyd edir. Canlı yayım etmək üçün olan hissəyə daxil olduqda isə yeni menyular ortaya çıxır. Yeni menyuların köməyi ilə slayt göstərmək, GIF animasiyalar və musiqi paylaşmaq mümkündür.
Mark Zuckerberg bu xüsusi funksiyaların gələcəkdə digər istifadəçilər üçün istifadəyə veriləcəyini bildirib.