PRESS NEWS AZERBAIJAN

"Azərbaycan zirehli maşın istehsalına başlayır"

18.04.2016

Nazir əsas məqsədin yeni raketlərin Azərbaycana gətirilməsi olduğunu deyib.

 

“Biz nəzərdə tutmuşuq ki, ilin sonuna qədər 5 yeni zirehli maşın istehsalını həyata keçirək". Bunu ANS-ə müsahibəsində Malayziyada keçirilən sərgidə iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri  Yavər Camalov deyib.  2017-ci ildə həmin maşınların seriyalı istehsalına başlamaq planlaşdırılır. 

Nazir sərgidə əsas məqsədin yeni silah növlərinin istehsalı, müxtəlif məsafəli yer-yer, hava–yer , hava-hava raketlərinin Azərbaycana gətirilməsi, istehsalının təşkil edilməsi olduğunu söyləyib.

Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı işə başlayıb. Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyyəti təmsil edir.

Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Sərgidə sentyabr ayının 27-dən 30-dək Azərbaycanda keçirilməsi planlaşdırılan ADEX-2016 sərgisinin təqdimatı da keçirilir.

Please reload

ƏN ÇOX OXUNANLAR