Azərbaycan Türkiyənin əmri ilə Qarabağa hücum edib. Bunu “Vladimir Solovyovla bazar axşamı” verilişində çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, Rusiya Ermənistana yardım etməyə borcludur:
“Rusiya Ermənistanı, Türkiyə isə Azərbaycanı müdafiə edəcək. İstənilən halda qələbə bizimlə olacaq. İran da Ermənistanın yanında olacaq. Bu iki ölkənin yaxşı münasibətləri var, üstəlik, İran Türkiyəyə nifrət edir. Rusiya Ermənistana kömək etməyə borcludur. Bütün bunlar Vaşinqton tərəfindən ona görə edilir ki, Rusiyanın vəziyyəti pisləşsin, amma onlarda heç nə alınmayacaq”.
Jirinovski həmçinin Qafqazda və Donbasdakı lokal savaşların, eləcə də taliblərin Mərkəzi Asiyaya hücumunun yeni dünya müharibəsini yaxınlaşdıracağını bildirib. Qeyd edək ki, Jirinovski bundan öncəki çıxışında da İrəvanı müdafiə etmiş, türkləri isə köçəri adlandıraraq Mərkəzi Asiyaya qayıtmasını istəmişdi.