Sarkisyanın məğlubiyyəti: 3 general işdən qovuldu

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin müdafiə nazirinin maddi-texniki təminat məsələləri üzrə müavini, general-leytenant Alik Mirzabekyanı vəzifəsindən azad edib.
Pressnews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prezident digər sərəncamı ilə Müdafiə Nazirliyinin rabitə xidməti rəisi, general-mayor Komitas Muradyanı və Baş Qərargahın kəşfiyyat xidməti rəisi, general-mayor Arşak Karapeytanı postundan azad edib.
Ermənistan mətbuatı bununla Sarkisyanın apreldə cəbhədə üzləşdikləri uğursuzluqlara görə generalları cəzalandırdığını yazır.