PRESS NEWS AZERBAIJAN

"Müharibə olmayacaq"

17.05.2016

Sarkisyan təyyarədə müsahibə verdi

 

"Müharibə həll yolu deyil". ANS PRESS-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra İrəvana qayıdarkən verdiyi müsahibədə bildirib.

“Hər bir tərəf görüşə yollananda öz marağını güdür. Minsk Qrupu həmsədrlərinin öz hədəfləri olub, Azərbaycan tərəfinin öz hədəfi, bizim də öz hədəfimiz”- deyə Sərkisyan bildirib.

“Bizim məqsədimiz həqiqətən mi danışıqların dalana dirəndiyini və döyüşməkdən başqa yolun qalmadığını, yaxud problemləri daha az itkilərlə həll edə biləcəyimizi aydınlaşdırmaqdan ibarət idi”- deyərək  Sərkisyan əlavə edib. Ermənistan prezidentinin sözlərinə görə, o və həmkarları görüşün nəticələrindən razı qalıblar.

“Təfərrüatlara toxunmağa ehtiyac yoxdur. Lakin bununla belə Azərbaycan prezidenti əmin etdi ki, nə onun ölkəsi, nə şəxsən özü hansısa problemin hərb yolu ilə həllini qarşıya məqsəd qoymayıb. Siz gözəl anlayırsınız və hesab edirəm ki, mənim reaksiyamı hiss edə bilirsiniz - bu əlbətdə, yaxşıdır, ancaq inandırıcı deyil. Çünki belə söhbətlər dəfələrlə aparılıb, reallıqda isə onlara əməl olunmur. Ancaq bizim təkcə proqnozlara və təxminlərə əsaslanmaq haqqımız da yoxdur, çünki müharibə ən yaxşı həll yolu deyil. Baxaq görək hadisələr necə cərəyan edəcək. Hər halda biz istənilən varianta hazırıq, əlbətdə, istərdik ki, bu sülh variantı olsun”- deyə Sərkisyan fikirlərini izah edib.

Bundan əvvəl Ermənistan prezidenti  jurnalistlərə verdiyi açıqlamada bildirib ki, görüş normal keçib. “Düşünürəm ki, nəticələri tezliklə bəyan edərlər", - deyən S. Sarkisyan jurnalistlərin suallarını cavablandırıb.

 

Please reload

ƏN ÇOX OXUNANLAR