PRESS NEWS AZERBAIJAN

Nəhəng planet kəşf edildi

13.06.2016

 

Kainatda nəhəng yeni planet kəşf edilib. Yeni kəşf edilən planetə “55 Cancri e” adı verilib. Elmə yeni məlum olan bu planet Yer kürəsindən 8 dəfə ağır və diametri 2 dəfə daha genişdir. “Hubble” Kosmos Teleskopu ilə kəşf edilən “55 Cancri e” planeti Yer kürəsindən təqribən 400 trilyon kilometr uzaqlıqda yerləşir.

Kəşf edilən yeni planetin Yupiter və Saturn kimi qazlardan ibarət olduğu güman olunur. Xatırladaq ki, hazırda kainatda milyardlarla kiçik və böyük planetlər mövcuddur. Günəş sistemi isə bu kainatın kiçik bir hissəsi sayılır. İndiyədək günəş sistemi xaricində 2000-dən çox planet kəşf edilib.

Please reload