PRESS NEWS AZERBAIJAN

Türkiyədə baş verən güclü partlayışda 9 nəfər yaralanıb

13.06.2016

 

 

Türkiyənin Tunceli əyalətində partlayış baş verib. Pressnews.az-in məlumatına görə, Tuncelinin Ovacıq rayonundakı Ədliyyə yataqxanası yaxınlığında meydana gələn şiddətli partlayış nəticəsində 9 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Partlayışın yataqxana yaxınlığında bomba yüklü maşının partlaması nəticəsində baş verdiyi deyilir. 

Hadisə yerinə dərhal təcili yardım maşınları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralılar Ovacıq Dövlət Xəstəxanasına yerləşdiriliblər. Hazırda ərazidə geniş miqyaslı təhlükəsizlik tədbirləri görülür. 

İnsidentə görə hələ ki məsuliyyəti heç bir qruplaşma öz üzrəinə götürməyib.