PRESS NEWS AZERBAIJAN

Damla “Qürur”unu ekranlaşdırdı FOTOLAR

17.06.2016

 

Müğənni Damla “Qürur” mahnısının çəkdirdiyi klipini təqdim edib. Söz və musiqisi Tural Bayraməliyevə məxsus olan klipi Natiq Novruzov ekranlaşdırıb. T.Bayraməliyev mahnını Damlaının ifasnda qısa zamanda sevildiyini bildirib:“Mahnı sosial şəbəkələrdə qısa zamanda milyonlarla dinləyici qazandı. Bu tələbatdan da klip ərsəyə gəldi”.

 

Damla bildirib ki, bu mövsüm Röya, Günay İbrahimli və özündən başqa, heç bir müğənni klip təqdim edə bilməyib. Artıq “A” kateqoriyalı müğənnilərlə rəqabət apardığını deyən Damlanın şou-biznesdə iddiları böyükdür:“Bu gün mən sosial şəbəkələrin fenomeni hesab edilirəm. "İnstagram" səhifəm, mahnılarımın izləmə sayı bunun real göstəricisidir. Süni səs toplamağı qəti sevmirəm. İnsanlar mahnılarımı sevir. Rəqabətə başlamışam. İnşallah qısa zamanda, bir çox məşhur müğənnilərin edə bilməyəcini həyat keçirəcəyəm”.

 

İddialı danışan Damla sənəti ilə yanaşı imicində də dəyişiklik etdiyini bildirib:“Geyim tərzimi tez-tez dəyişirəm. Eyni formada qalmağı sevmirəm. Eyni zamanda arıqlamışam. Hazırda 54 kiloyam. Bu şəkildə irəliyə doğru addımlayıram”.