top of page

Rusiya və Fransa prezidentləri Qarabağla bağlı razılığa gəldilər


Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Fransua Olland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu çərçivəsində fəal birgə işin davam etdirilməsi barədə razılığa gəliblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan prezidentləri ilə üçtərəfli görüşün yekunları barədə Fransua Ollanda məlumat verib.

Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin rəhbəri kimi Fransua Ollanda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə və Serj Sarkisyan ilə iyunun 20-də Sankt-Peterburqda keçirilən üçtərəfli görüşün yekunları barədə məlumat verib.

Bundan başqa, Rusiya və Fransa liderləri bu görüşdə əldə olunan nəticələrin sülh prosesinin irəliləməsinə kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər. Tərəflər ATƏT-in Minsk qrupu çərçivəsində bu vacib istiqamətdə fəal birgə işi davam etdirməyi razılaşdırıblar.

İyunun 29-da isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Mark Eyro ilə keçirdiyi görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

bottom of page