PRESS NEWS AZERBAIJAN

Şimal bölgəsində fövqəladə hadisə: bu rayonlarla əlaqə kəsildi

12.04.2017

 

Axşamdan başlayan güclü qar Quba və Qusarda həyatı iflic edib

Dünən axşamdan etibarən Azərbaycanın bir sıra dağlıq rayonlarına, eləcə də Quba və Qusarın bir neçə dağ kəndinə güclü qar yağmağa başlayıb.

 

Quba rayonunun Xınalıq kəndi, Qusarın Şahdağı ağ örpəyə bürünüb.

 

 

 

Şimal böləgsinə yağan güclü qar nəqliyyatın hərəkətinə ciddi maneələr yaradıb Kənd sakinlərinin sözlərinə görə, qarın yağması ilə əlaqədar olaraq, rayon ərazisində temperatur əhəmiyyətli dərəcədə aşağı düşüb. Sakinlər, güclü qar səbəbindən kəndlərə verilən elektrik enerjisinin tez-tez kəsildiyini bildiriblər.

 

 

Quba və Qusar rayonlarına 30 santimetrə qədər hündürlüyündə qar yağıb "İşıqlarımız tez-tez sönür. Hava çox soyuyub.

 

Kənd təsərrüfatına ziyan dəyib. İnternet bağlantısı kəsilib. Ətraf bölgələrlə əlaqə saxlaya bilmirik" — deyə sakinlər vurğulayıblar. Əldə etdiyimiz məlumata görə, bölgəyə o qədər qar yağıb ki, kəndlərdən rayon mərkəzinə aparan yollar bağlanıb, rayonun özünə belə, gediş-gəlişdə problem yaranıb. Hazırda sözügedən ərazilərdə qarın qalınlığı 10-30 santimetrdir. Həmçinin, güclü külək əsir.

 

Please reload

ƏN ÇOX OXUNANLAR