PRESS NEWS AZERBAIJAN

Banklarda dollarla bağlı "oyun qaydaları" dəyişdi

12.04.2017

 

Bəzi kommersiya bankları məzənnəni qaldırıb, bəziləri endirib

Bu gün səhər saatlarında Azərbaycan kommersiya bankları dolların məzənnəsinə dəyişiklik edib.

 

Hazırda dolların ən sərfəli alış məzənnəsi 1.6520 AZN, ən sərfəli satış məzənnəsi isə 1.6500 AZN-dir. Belə ki, dünən axşam saatlarında "NBC Bank" dolları 1.6500 manata alıb 1.6900 manata satırdı.

 

Bu gün saat 10-da bu göstəricilər müvafiq olar 1.6400 və 1.6800 manata bərabərdir. Bundan başqa "Yapı Kredi Bank Azərbaycan" da məzənnəyə dəyişiklik edib: dolların alışını 1.6320 manatadan 1.6400 manata, satışını 1.6920-dən 1.6950 manatadək yüksəldib. "Günay bank", həmçinin dolların satış qiymətini ucuzlaşdırıb: 1.6750 manatdan 1.6680 manatadək.

Please reload

ƏN ÇOX OXUNANLAR