PRESS NEWS AZERBAIJAN

İŞİD-dən daha böyük və qorxunc müharibə yaxınlaşır

04.10.2017

İŞİD terror qruplaşması İraqda son günlərini yaşayarkən məntəqədə sabitliyi pozmaqla öz iyrənc hədəflərinə çatmağa çalışan, silah alveri edən, müsəlman ölkələrin sərvətini talayan, müsəlman ölkələri parçalayıb, zəiflədib və daha sonra  istədikləri kimi idarə edən  müstəmləkəçi dövlətlər yeni fitnə alovlandırmağa başlayıblar. Belə ki, ABŞ və İsrailin dsətəyi ilə İraq Kürdüstan vilayətinin rəhbəri Məsud Barzani Kürdüstanın İraqdan ayrılması və müstəqil olması üçün addımlar atmağa başladı. Artıq hər gün Kürdüstan vilayətində “müstəqillik” şənlikləri keçirilir. Maraqlıdır ki, kürdlərin bütün tədbirlərində Kürdüstan byarağı ilə yanaşı İsrail bayrağı dalğalanır. Bundan əlavə İraq və Suriyada kürd silahlılarının kənarında Amerika hərbiçilərinin mövcudluğu danlmaz fakta çevrilib. Bu gün isə İraq parlamentinin nümayəndəsi xanım İbtisam Əl-Hilali İraq Kürdüstanının mərkəzi olan İrbil şəhərində İsrail səfirliyinin yerləşdirilməsi xəbərini verdi. Bu isə o deməkdir ki, hələ kürdlər özü azadlıq referendumu keçirməmiş İsrail Kürdüstanı müstəqil dövlət olaraq tanıyır.
Qeyd edək ki, bu məsələ Məsud Barzaninin Kürdüstanı İraqdan ayırması ilə bitmir. Əksinə nəzərdə tutulan Kürdüstanın ərazisi İran, Türkiyə və Azərbaycan (Naxçıvan) torpaqlarını da əhatə edir. Hal-hazırda İraqda könüllülərdən ibarət Həşdi Şəbi ordusu müstəqillik istəyən kürdlərin qarşısını almaq üçün Kərkükə daxil olmaqdadır. Həmçinin İmam Əli briqadasının komandiri Əbu-Əzrail deyib ki, canları bahasına olsa belə İraqın parçalanmasına icazə verməyəcəklər.
Mütəxəssislərin fikrinə görə İraq, İran, Türkiyə kimi güclü ordusu olan dövlətlərin qarşısında Məsud Barzaninin meydan oxumasının səbəbi əlbəttə ki ABŞ və İsrailə arxalanmasıdır.