Bakıda yeni istifadəyə verilmiş yolda çökmə baş verib.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, Nizami rayonunun Qara Qarayevprospekti, Mehdi Abbasov küçəsində magistral yolun kanalizasiya kollektoru olan hissəsi çöküb. Nəticədə böyük çuxur əmələ gəlib.
Yaranan çuxura görə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Qeyd edək ki, ötən ilin iyun-sentyabr aylarında Qara Qarayev prospektində yenidənqurma və təmir işləri aparılıb.