PRESS NEWS AZERBAIJAN

Marsda suyun olduğu təsdiqləndi

05.10.2017

 

 

 

Kanada və ABŞ-dan olan bir qrup geofizikin araşdırmaları nəticəsində Marsda su hövzələrinin mövcudluğu elmi cəhətdən izah olunub. Pressnews.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Geoscience" jurnalında dərc edilib. Planetin səthində mayenin mövcud olması üçün xüsusi temperatur şəraiti olmalıdır. Alimlər iddia edir ki, metan və litosferdən ayrılan istilik bunu təmin etdiyi üçün iddia əsassız deyil.

Mütəxəssislərin hesablamalarına görə, parnik qazının səbəb olduğu istiləşmə dövrü təxminən milyon il davam edib. Alimlər metanın litosferdən ayrılaraq atmosferə düşməsinin səbəbləri kimi, Marsın öz oxu ətrafında və Günəş ətrafı orbitinin səthinə doğru əyilmə bucağı ilə izah edir. Kompüter modelləşdirməsi ilə aparılan tədqiqatlarda alimlər metanın atmosferə hücumu nəticəsində, istiləşmənin soyuqlaşma ilə əvəz olunduğunu bildiriblər. Məlumatlara görə, 3 milyard il əvvəl Marsda ilıq iqlim qurşağı mövcud olub. 

Please reload

ƏN ÇOX OXUNANLAR