top of page

“Azersun”un kürd rəhbəri qiymətləri qaldırır


Bu gün Azərbaycan Sahibkarları Konfederasiyası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirib.

“Azersun” holdingin rəhbəri Abdulbari Goozal çıxış edib. O, mətbuatda onların əleyhinə qiymət artımı ilə bağlı dərc olunan yazılara münasibət bildirib.

“Elə məhsullar var ki, onlar yüz faiz yerli istehsaldır, lakin qablaşdırılması xaricdən gətirilir. Ona görə qiymət artımı olanda, bunlara nisbətən az təsir edir. Lakin elə məhsullar var ki, məhsul xaricdən gətirilir, lakin emal burada olur. Həmin məhsullarda artım qaçınılmazdır. Məsələn dolların qiymətində 100 faiz artım olsa da, bizdə artım 40 faiz olub. Təbii ki, zərərə işləsək qiymətə əl atacam. Başqa çıxış yolum yoxdur.

İllər əvvəl Heydər Əliyev bu sahəni mənə etimad etdi. Mən də digərləri kimi pulumu yığıb Avropada tikinti işinə qoşula bilərdim. Azərbaycanda bu işi qurmağı daha məqsədəuyğun hesab etdim”.

bottom of page