PRESS NEWS AZERBAIJAN

Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün ABŞ-ın şərti var

09.10.2017

 

ABŞ-ın Rusiyadakı yeni səfiri Con Huntsman bildirib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasında Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsi xüsusi əhəmiyyət kəsb edəcək. Səfir deyib ki, münasibətlərin normallaşması üçün ilk addımı Moskva atmalıdır - Ukraynaya imkan verməlidir ki, beynəlxalq aləm tərəfindən tanınan sərhədləri daxilində ərazilərinə nəzarəti qaytarsın. Huntsmanın sözlərinə görə, bu, təkcə ABŞ-ın yox, həm də Avropa İttifaqı, Kanada və demək olar ki, bütün başqa inkişaf etmiş ölkələrin mövqeyidir. Moskva Ukraynanın Krım bölgəsini ilhaq edib. Bundan başqa, rusiyameylli separatçılar Ukraynanın şərqində nəzarəti ələ keçiriblər. 2014-cü ildən bəri hökumət qüvvələri ilə separatçılar arasında baş verən toqquşmalarda 10 minəcən insan ölüb. Ukrayna ölkənin şərqinin əslində Rusiya ordusu tərəfindən işğal edildiyini bildirir. Kreml bu ittihamları qəbul etmir. Avropa İttifaqı və ABŞ Krım məsələsinə görə, Rusiyaya sanksiyalar tətbiq edib. Amma Ukrayna məsələsi ABŞ və Rusiya arasındakı problemlərin yalnız biridir. Huntsman onu da deyib ki, o, Şimali Koreyanın nüvə və ballistik raket proqramları ilə bağlı problemin həllində də Moskva ilə əməkdaşlıq etmək istəyərdi. ABŞ ilə Rusiya arasında münasibətlər Amerikadakı prezident seçkilərindən sonra daha da pisləşib. ABŞ Konqresi Rusiyanı seçkilərə müdaxilədə suçlayır. Buna görə Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirib.

Please reload

ƏN ÇOX OXUNANLAR