Ana və azyaşlı övladı dəm qazından boğuldu

Bakıda ana və azyaşlı övladı dəm qazından boğulub. "Kaspi"nin məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 1991-ci il təvəllüdlü Aygün Məmmədova azyaşlı oğlu Turalla birgə yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.