PRESS NEWS AZERBAIJAN

Yəməndən Səudiyyə Ərəbistanı ərazisinə ballistik raket atıldı

11.10.2017

 

 

Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb. Raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə düşüb. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Rəsmi Ər-Riyad yayılan məlumata dair hələ ki, şərh verməyib. Ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Bu ilin iyulunda Yəmən ərazisindən atılan raket Məkkə şəhəri ətrafında vurulub. Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında, ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Please reload

ƏN ÇOX OXUNANLAR