PRESS NEWS AZERBAIJAN

Azərbaycan Prezidentinin köməkçisi: "AŞPA nəyə lazımdır?"

12.10.2017

 

"Belə təəssürat yaranır ki AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır"

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrə münasibət bildirib. Sputnik Azərbaycan xəbər verir ki, o, "Twitter"də məsələni belə dəyərləndirib: "Uzun müddətdir ki, AŞPA bir qurum kimi Azərbaycana münasibətdə haqsızlığı və qəddarlığı ilə təəccüb və təəssüf doğurur. Belə təəssürat yaranır ki AŞPA Avropanın maraqlarına yox, hansısa şəxslərin və dairələrin maraqlarına xidmət nümayiş etdirmək üçün çalışır.AŞPA-da oturanların bəziləri özlərini, az qalsın inkvizisiya məhkəməsinin üzvləri kimi aparır və vəzifələrini cəza müəyyən etməkdə görürlər. Məgər AŞPA-da belə siyasətin Avropanı hara gətirib çıxardığını görmürlər? Əgər AŞPA hesab edirsə ki, onun əsas missiyası tərəfdarlarına cəza müəyyən etməkdir, özünün heç bir öhdəliyi yoxdur, onda bu qurum kimə və nəyə lazımdır?…".

 

Please reload

ƏN ÇOX OXUNANLAR