PRESS NEWS AZERBAIJAN

Trampın İranla bağlı təhdidinə cavab - Avropa Birliyi

14.10.2017

 

Avropa Birliyinin xarici siyasət üzrə komissarı Federiko Moqerini, ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasını ləğv edə biləcəyi təhdidindən dərhal sonra mətbuat konfransı keçirib.

Pressnews.az-ın məlumatına görə, Moqerini bildirib ki, Trampın müqaviləni ləğv etmək istəyinə qarşıdılar: “Bu ikili razılaşma deyil, hər hansı bir ölkəyə aid deyil və onu ləğv etmək də tək bir ölkənin əlində deyil. Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə qəbul olunan çox tərəfli razılaşmadır”.

Moqerini, xüsusilə bu günlərdə Avropa və beynəlxalq aləmdə işləyən, heç bir pozuntunun qeydə alınmadığı nüvə müqaviləsini ləğv etmək fikirlərinin olmadığını vurğulayıb: “Ortaq təhlükəsizliyimiz üçün müqaviləni qorumaq kimi ortaq bir məsuliyyətimizin də olduğuna inanırıq”.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload