Odre Azule UNESCO-nun baş direktoru seçilib

Fransanın siyasi xadimi, sabiq mədəniyyət naziri Odre Azule BMT-nin təhsil, elm və mədəniyyət məsələləri üzrə (UNESCO) baş direktoru seçilib.
TASS xəbər verir ki, cümə günü onun namizədliyinə bu iri beynəlxalq qurumun İcraiyyə Şurasının əksər üzvləri səs veriblər.