PRESS NEWS AZERBAIJAN

Qonşusunun kartından aylarla pul çıxarıb

16.10.2017

 

Paytaxt sakini Hüseyn Muradovun sonuncu cəhdi uğursuz olub

 

Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”nə zəng edən bir şəxs Nərimanov rayonu ərazisində bank hesabından pulunun çıxarılaraq oğurlanması barədə məlumat verib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə dəvət olunan həmin qadın izahatında rayon ərazisindəki bankomatlardan birindən hesabından ümumilikdə 2938 manatının çıxarılaraq oğurlandığını bildirib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törədən müəyyənləşdirilib və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib. Araşdırmalarla onun həmin qadının qonşusu, Bakı şəhər sakini Hüseyn Muradov olduğu məlum olub və o, törətdiyi əməli etiraf edib.

Müəyyən edilib ki, H.Muradov qonşusunun evdə olmadığı vaxt açar seçmə yolu ilə onun evinə girib, oradan qızıl əşyası və üzərində kodu olan bankomat kartını götürübmüş. Müxtəlif vaxtlarda həmin hesabdan müəyyən məbləğlər çıxardıqdan sonra isə kartı yenə eyni üsulla qaytararaq yerinə qoyub.

Faktla əlaqədar cinayət işi başlanılıb və istintaq hərəkətləri davam etdirilir.

Please reload

ƏN ÇOX OXUNANLAR

Please reload

Please reload