top of page

Kərkükdən geri çəkilən Bərzani peşmərgələri ağlayır – VİDEO


2014-cü ildən Türkmən şəhəri Kərkükü işğal etmiş Məsud Bərzani gücləri dünən gecə İraq ordusunun başladığı əməliyyat qarşısında geri çəkilir.

Artıq İraq ordusu Kərkükdə bir sıra strateji obyektləri, neft-qaz sahələrini nəzarətə alıb.

Mövqelərini qoyub geri çəkilən Bərzani peşmərgələri isə onlara yuxarıdan əmr gəldiyini bildirirlər. Eyni zamanda, onlar ABŞ-ın xəyanəti ilə üzləşdiklərini qeyd edirlər.

Qeyd edək ki, İraq ordusu ABŞ-ın verdiyi tanklarla və ABŞ-ın təlim keçdiyi nizami birliklərlə Kərkükə hərəkət edib.

Bölgədə reportaj hazırlayan Bərzaninin “Rudav” televiziyasının müxbiri və əsgərlər isə Bərzani peşməgrənin geri çəkilməsi ilə bağlı göz yaşlarını saxlaya bilməyərək ağlayırlar.

bottom of page