PRESS NEWS AZERBAIJAN

"Türkiyə hökumətinin biganəliyi Azərbaycanı ciddi narahat edir"

17.10.2017

 Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edənTürkiyə vətəndaşları beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozub, həmçinin də iki ölkə arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərinə zidd fəaliyyət göstəriblər.

Pressnews .az-ın məlumatına görə, Qarabağa səfər edən Türkiyə vətəndaşları Ufuk Uras, Səid Çətinoğlu, Əli Bayramoğlu və Erol Qatırçıoğlu hazırda Türkiyə qəzet və saytlarına qanunsuz səfərləri və səfər təəssüratları haqqında geniş müsahibələr verir, televiziya proqramlarında nümayişkaranə şəkildə Qarabağ ermənilərinin qonaqpərvərliyindən, mövcud durumlarından pozitiv danışırlar.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fəzail İbrahimli bildirib ki, hamı Azərbaycan və Türkiyə arasındakı münasibətin möhkəm tellərlə bağlı olduğunu bilir: “Cənab prezident görüşlərin birində "Ərdoğan burda yoxdursa, mən burdayam” dedi. Yəni, eyni adamlarıq. İki dövlət arasındakı səmimi münasibətdən Türkiyədəki müəyyən qüvvələr qıcıqlanır. Türkiyənin ciddi problemləri var – kürd problemi, erməni problemi, Avropa münasibətləri ilə problemlər yaşanır, Fətullah Gülən problemi var və s. Amma problemlərin içərisində ən pisi, qorxulusu və qəbulolunmazı siyasi partiyalar arasında, hakimiyyət və müxalifət arasında olan münasibətdir. Bu, o qədər ifrata varıb ki, hətta Türkiyə ilə dost münasibətində olan dövlətlərin özünə münasibətdə müəyyən qüvvələr başqa mövqedə dayanır. Mənə elə gəlir ki, Dağlıq Qarabağa qanunsuz səfər edən şəxslər də həmən qüvvələrin tərkib hissəsidir. Onlar, Azərbaycanla Türkiyə arasında olan münasibətlərə sevinməyən qüvvələrdir. Onların genetik kodunu araşdırsaq, içərisindən bir erməniçilik çıxacaq. Yəni, ola bilməz ki, burada qarışıq bir düşüncə sahibi olmayan adam elə addım atsın. Həmin o 4 nəfər Türkiyə üçün ən aşağı eşalonda duran, cəmiyyətdə qəbul olunmayan adamlardır. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirməməlidir, gətirə də bilməz, vahid cəhbədə eyni mövqedən çıxış edən dövlətlərik. Ona görə də, bu cür addımlar mənfi epizoddur, pis addımdır. Güman edirəm ki, bu, tezliklə cəmiyyətin özündə ifrata varmış formada qarşılanacaq”.

Please reload

ƏN ÇOX OXUNANLAR