PRESS NEWS AZERBAIJAN

Saakaşvilinin tərəfdarları mitinq keçirib

18.10.2017

 

Kiyevdə Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları mitinq keçirib. Kiyevin mərkəzindəki mitinqə toplaşanların sayı təxminən iki min nəfər olub. Bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyindən verilib.

Kiyevin küçələrini təqribən 3500 polis və Milli Qvardiya əməkdaşı qoruyub. Daha əvvəl xəbər verildiyi kimi, Ukrayna Ali Radasının binası ətrafında ikiqat kordon yerləşdirilib, Kiyevin bəzi mərkəzi küçələri bağlanılıb. Ali Rada və Prezident Administrasiyasının ətrafını isə gücləndirilmiş polis dəstələri mühasirəyə alıblar. Şəhərin mərkəzindəki Oktyabr sarayının qarşısında isə Milli Qvardiyanın döyüşçüləri düzülüblər. Jurnalistlərin sözlərinə görə, hətta parad zamanı paytaxtda bu qədər hərbçi olmayıb. Paytaxt administrasiyası məlumat yayaraq bildirib ki, mərkəzi küçələrə ictimai nəqliyyat, avtobusların girişi qadağan ediləcək. Minlərlə insan “Yeni güclərin hərəkatı”, “Batkivşina”, “İctimai mövqe” siyasi partiyalarının bayraqları ilə Ali Rada qarşısına toplanıb. Onlar deputat toxunulmazlığının ləğvini, seçki qanunvericiliyinin dəyişdirilməsini, həmçinin anti-korrupsiya məhkəməsinin yaradılmasını tələb edirlər. 

Mixail Saakaşvili tərəfdarlarının başladığı mitinqə gəlib. Saakaşvili ətrafındakı onlarla şəxslə birgə polislərin arasından keçərək, kütlənin qarşısına çıxmağı bacarıb. Mitinqdə çıxış edən Gürcüstanın eks-prezidenti Ukrayna prezidenti Poroşenkonu istefaya səsləyib: “Əgər günün sonuna qədər onlar xalqın xeyrinə qərar qəbul etməsələr, biz növbəti tələblərimiz haqda düşünəcəyik. Poroşenko qaldığı müddət ərzində inkişaf olmayacaq. Poroşenko olduğu müddət ərzində yoxsulluq və emiqrasiya qalacaq”.

O da bəli olub ki, Poroşenko Ali Radaya deputatların toxunulmazlığı ilə bağlı Konstitusiyaya düzəliş olunmasını təklif edib. Qanun layihəsinin adına əsasən, Konstitusiyanın 80-ci maddəsinə dəyişiklik olunması təklif edilir. Bu maddəyə görə, Ali Radanın deputatları toxunulmazlığa malikdirlər. Onlar səsvermənin nəticələri, parlamentdə və onun orqanlarında təhqir və ya böhtan istisna olmaqla, işlətdikləri ifadələrə görə hüquqi məsuliyyət daşımır, eləcə də parlamentin razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə, saxlanıla və ya həbs edilə bilməzlər. Sənəd qəbul ediləcəyi təqdirdə, 2020-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Please reload

ƏN ÇOX OXUNANLAR