top of page

ABŞ-ın viza böhranının həlli ilə bağlı şərtləri açıqlanıb


ABŞ-la Türkiyə arasında viza böhranının həlli ilə bağlı irəli sürülən şərtlər açıqlanıb. Həmin şərtlər belədir: ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzla bağlı təmasın saxlanılması davam etməli, Metin Topuz və Mete C. ilə bağlı dəlil-sübütlar təqdim edilməli, ABŞ-ın diplomatik təmsilçiliklərində işləyənlər haqqında istintaqa dair məlumat Vaşinqtona verilməli, təmasların ABŞ-ın istəyi ilə olub-olmadığı öyrənilməlidir.

Türkiyə tərəfi ABŞ-ın şərtlərinə cavab olaraq bildirib: “Ön şərtləri qəbul etmirik. ABŞ-la danışıqlara ön şərtsiz başlaya bilərik”. Qeyd edək ki, oktyabrın 18-də ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə Türkiyə təmsilçiləri arasında viza böhranı müzakirə ediləcək. Oktyabrın 16-da ABŞ Dövlət Departamenti müşavirinin müavini Conatan Kohenin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə ikigünlük səfərə gəlib.

bottom of page