top of page

Gülüş və xoşbəxtlik


Alimlər gülüşün insanları xoşbəxt etmədiyini sübuta yetiriblər. Mütəxəssislər “Xoşbəxt olmaq üçün gülümsə” məşhur məsləhətinin heç də insanın xoşbəxt olmasına kömək etmədiyini müəyyənləşdiriblər. Məşhur psixologiyanın qaydalarına əsasən, özünə qiyməti qaldırmaq üçün insana hökmlü, üstün pozaları qəbul etmək kifayətdir. Amma daha xoşbəxt olmaq üçün gülümsəmək lazımdır. Bu mif mimika üzərində işləməyin insanların daxili vəziyyətini yaxşılaşdırmağa xidmət etməsinə əsaslanır.

Lakin Britaniya alimləri gülüşün insanları xoşbəxt etmədiyini müəyyənləşdiriblər. Onlar bunu sübuta yetirmək üçün 2000 nəfərin üzərində təcrübə keçiblər. Alimlər əvvəlcə təcrübə keçdikləri insanlara gülməyi xahiş ediblər. Sonra isə üzdəki mimikanın daxili hissi dəyişib-dəyişmədiyini öyrəniblər. Məlum olub ki, mimika ilə daxili aləmin dəyişməsi arasında heç bir əlaqə yoxdur və insanlar daxili vəziyyətlərinin yaxşılaşmasını özləri bacarmırlar. Qeyd edək ki, britaniyalı alimlərin sınağı psixoloqlar tərəfindən tənqid edilib. Onlar təkid edirlər ki, təbəssüm sıxıntıdan xilas edir. Psixoloqlar tədqiqatın nəticələrinin təkzibi kimi bu faktı əsas gətirirlər ki, belə təcrübə 1988-ci ildə keçirilib.

bottom of page