top of page

Xamneyinin müşavirindən avropalılara xəbərdarlıq


İranın ali dini lideri Əli Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti Avropa hökumətlərinə xəbərdarlıq edib ki, 2015-ci ildə imzalanmış nüvə sazişinin qüvvədə qalması üçün sənədə yeni şərtlər salmağa çalışmasınlar.

“Onların nüvə sazişini qəbul etdiklərini, ancaq İranın regional mövqeyi və raket müdafiəsi barədə danışıqların vacibliyi barədə söylədikləri nüvə sazişinə şərt qoymaqdır və bu, qətiyyən qəbul edilən deyil”, - Əli Xamneyininin xarici siyasət üzrə aparıcı müşaviri İran mediasına deyib. “Avropalıların belə bir hüququ yoxdur. Nüvə sazişinə şərt irəli sürülə bilməz və imzalandığı kimi icra olunmalıdır”, – o söyləyib. Ötən həftə İran prezidenti Həsən Ruhaniyə zəng edən Fransa prezidenti Emmanuel Makron bildirib ki, nüvə sazişi üzrə ziddiyyətlərlə bağlı Tehranla Vaşinqton arasında vasitəçilik edə bilər. Daha öncə ABŞ prezidenti Donald Tramp sazişə dəyişiklik istədiyini bəyan etmişdi.

bottom of page