top of page

Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu


Türkiyənin Afyonkarahisar vilayətində yaşayan 3 uşaq atası, mərmər ustası Satılmış Gökhasan 29 yaşlı böyük oğlu Tahsin Gökhasanı nişanladıqları şəxslər tərəfindən 50 min lirə aldadığını deyib.

Şanlıurfaya gəlini almağa gələn ata və oğlu nişan etdikləri evin boş olduğunu görüncə göz yaşlarını saxlaya bilməyiblər.

TƏFƏRRÜAT

Satılmış Gökhasan oğlunu evlendirmək üçün qız axtarmağa başlayıb. Birecik qəsəbəsində qohumu olan Abdurrahman Atmacanın vasitəsi ilə Şanlıurfada yaşayan Halim Demir adlı bir kişinin 20 yaşlı Nur Demir adlı qızını istəməyə gedib. Demir ailesinin razı olacağı təqdirdə Afyondan 3 oktyabr tarixində Şanlıurfaya gələn Satılmış Gökhasan və oğlu Tahsin Gökhasan Demir ailəsinin evinə gedərək qızı istəyib. Qarşılıqlı razılaşmaya əsasən, Demir ailəsi Tahsin Gökhasan ilə Nur Demiri bir otaqda görüşdürüb toya hazırlığa başlayıblar. Gökhasan ailəsi istəyə görə qızın ailəsinə 15 min lirə "başlıq" pulu, 23 min lirəlik qızıl, 3 min lirəyə telefon, 3 min lirəyə geyim və 6 min lirəlik cehiz almaq üçün toplam 44 min lirə xərc çəkib Afyona qayıdıb. Aradan bir neçə gün keçdikdən sonra Demir ailəsi oğlanın yaşadığı Afyona gedərək ailəyə 2 gün qonaq olub, yenidən Şanlıurfaya qayıdıblar. 13 oktyabrda evlənmək üçün toya dəvət olunacaq insanların syahısını hazırlayan Gökhasan ailəsi vəziyyəti Demir ailəsinə telefonla bildirib. Bir həftə sonra təkrar zəng zamanı qız evi cavab verməyib. Satılmış Gökhasan oğluyla Afyondan Şanlıurfaya gəlib.

Nişan mərasiminin keçirildiyi evə gələn ata və oğlu pəncərədə "kirayə verilir" lövhəsini görüncə aldadıldıqlarını anlayıblar. Yaşadıqları şokdan göz yaşlarını saxlaya bilməyən Gökhasan ailəsi evlənmə vədiylə onları aldadan Demir ailəsindən polisə şikayət edib.

bottom of page