top of page

Bu kənddə sadəcə qadınlar yaşayır - Kişilərə giriş qadağandır


Keniyada Umoja adlı kənddə sadəcə qadınlar yaşayır. Kənd 27 il əvvəl təcavüzə məruz qalan qadınlar tərəfindən salınıb.

1990-cı ildə ingilis əsgərləri tərəfindən zorlanan 15 qadın Umoja kəndini qurub. Zaman keçdikcə qadın sünnəti, ailə daxili gərginlik, erkən nikah, təcavüz, fiziki və psixoloji şiddətə məruz qalan qadınlar da bu kəndin sakininə çevrilib.

Bu fikri ilk dəfə Rebekka Lolosoli adlı qadın ortaya atıb. Kənd qadınlarının hüquqları ilə bağlı çıxış edən və onları cəsarətləndirən Rebekka bu səbəbdən bir qrup kişi tərəfindən döyülür. Keniyada yaşayan Samburu xalqı geridə qalmış xalqdır. 5-10 ailədən ibarət qruplar halında yarımköçəri həyat tərzi sürən samburular üçün qadın ikinci plandadır. Kənd ilə bağlı mövzuların müzakirəsində qadınlara söz haqqı verilmir. İclaslarda iştirak edə bilməzlər.

Samburuların qəribə adətləri var. Müəyyən yaşa çatan kiçik qızlar ataları tərəfindən yaşlı və savaşçı bir kişiyə müvəqqəti müddətə əmanət edilir. Bir müddət o adamla yaşamaq məcburiyyətində qalan qızların hamilə qalması qadağandır. Belə bir vəziyyət olsa, abort edilməlidir.

Lolosoli kəndi qurandan sonra çox təhdid alsa da, fikrindən vaz keçməyib. Kənddə 47 qadın və 200 uşaq yaşayır.

bottom of page