top of page

ABŞ Ərdoğanı bu azərbaycanlının vasitəsilə devirmək istəyir - 2019 PLANININ ŞOK DETALLARI


ABŞ 2019-cu ildə Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğana qarşı Rza Zərrabı istifadə edəcək. Qəzetlər ABŞ-ın qurmaq istədiyi “terror dəhlizi” və bölgədəki digər planlarının alt-üst olduğunu yazıb: “ABŞ itirdiklərini yenidən qazanmaq üçün 2019-cu ildə Türkiyədəki prezident seçkilərində hərəkətə keçəcək. İngiltərənin tövsiyəsi və İsrailin dəstəyi ilə ABŞ prezident seçkilərində Abdullah Gülü namizəd kimi irəli çəkəcək. Ərdoğanın namizəd ola bilməməsi üçün isə “Zərrab işi”ni dövriyyəyə salacaq. ABŞ-ın məşhur CNBC media orqanının yayımladığı materiallar da bunu göstərir”. CNBC adını açıqlamadığı, lakin Zərrabla bağlı məhkəmə işini yaxından izləyən mənbəyə istinadən məlumat yayıb ki, “Məhkəmənin sonunda çoxlu məlumatlar ortaya çıxacaq və bu, türklərin üzünü qızardacaq”. Məqalədə Ərdoğan təhdid olunur və iddia edilir ki, “Rza Zərrab məhkəmədə çirkli pul yumaq üçün qurduğu şəbəkədən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın və yaxın çevrəsinin xəbəri olduğunu etiraf edəcək”. “Aydınlıq” mənbəyə istinadən yazır ki, ABŞ konsulluğunda işləyən və bu günlərdə casusluq ittihamı ilə həbs olunan Metin Topuz Rza Zərrabı Federal Tədqiqatlar Bürosu (FTB) ilə görüşdürən şəxslərdən biridir. “ABŞ-ın Topuz məsələsində Türkiyənin üzərində bu qədər gəlməsi də bu şəxsin adi konsulluq əməkdaşı olmadığını göstərir. Topuzun “17-25 dekabr” arxiv sənədlərini ABŞ-a ötürdüyü ehtimalları var. Lakin Zərrab hazırda ABŞ üçün Topuzdan daha önəmli adamdır”, - deyə mənbə vurğulayıb. Qeyd edək ki, İranın Azərbaycan əsilli iş adamı olaraq Türkiyəyə gələn Rza Zərrab Tehrana qarşı sanksiyaların tətbiq edildiyi dövrdə “sanksiyaları dələn şəbəkə” yaratmaqda və İranın pullarını Türkiyə üzərindən “yumaqda” ittiham olunur. İddialara görə, Obama dövründə İranla “nüvə razılaşması”na gedən ABŞ Rza Zərrab və onun ortağı Babək Zəncaninin həbs olunmasını tələb edir. Bu tələbdən sonra İran hökuməti Zəncanini həbs edir, ardınca Zərrabı tutmaq istəyir. Zərrab isə Əhməd Davudoğlu hökumətindən kömək istəsə də, buna nail ola bilmir. Buna görə də FETÖ-çülərin vasitəsilə FTB ilə təmasa keçərək, bir sıra məlumatları ötürür. Daha sonra onu Amerikaya aparırlar və guya həbs edirlər. Bütün bunlar iddialardır, lakin Zərrabın ABŞ-a getdiyi vaxt baş verən proseslərin təhlili ortada böyük oyunun olduğu ehtimalını gücləndirirdi.

bottom of page