PRESS NEWS AZERBAIJAN

Gələn il keçiriləcək prezident seçkilərinə 55 milyon manatdan artıq vəsait ayrılacaq

25.10.2017

 Azərbaycanda 2018-ci ildə prezident seçkilərinin keçirilməsinə ayrılacaq vəsaitin məbləği məlum olub.

 

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində seçkilərin keçirilməsi üçün 55 136 429 manat vəsait ayrılması nəzərdə tutulur.

 

Qeyd edək ki, büdcə layihəsi Milli Məclisə təqdim olunub.

Please reload