PRESS NEWS AZERBAIJAN

Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbçi həbs edildi

26.10.2017

 

İşğalçı Ermənistan ordusunda silah-sursat satmaq istəyən 2 hərbi qulluqçunun həbs edildiyi barədə xəbər yayılıb.

Azərbaycanın işğal olunmuş Xocavənd rayonu istiqamətində hərbi xidmətdə olan Karen Nuricanyanhəbs edilib.

Məlum olub ki, K.Nuricanyan hərbi hissədən oğurladığı silahı və ona aid sursatları ovçuluqla məşğul olan yerli sakinlərə satarkən həbs edilib. Cinayət məsuliyyətinə cəlb edilən K.Nuricanyan izahatında bu işi zabitlərin tapşırığı ilə etdiyini bildirib.

Oktyabrın 19-da isə döyüş postunda növbədə olarkən oğurladığı əl qumbaralarını satmağa cəhd edən başqa bir hərbi qulluqçunun da həbs edildiyi məlum olub. Hələlik adı gizli saxlanılan hərbi qulluqçunun başqa oğurluq hadisələrində əli olub-olmadığı Ermənistan Müdafiə Nazirliyi İstintaq İdarəsi tərəfindən araşdırılır.

Please reload

ƏN ÇOX OXUNANLAR