PRESS NEWS AZERBAIJAN

Afrikada vəba sürətlə yayılır

27.10.2017

 

Dünya Sağlamlıq Təşilatı son zamanlar Afrika ölkələrində yayılmaqda olan xəstəliklə bağlı hərəkətə keçib.

 

Xarici media xəbər verir ki, orta əsrlərin ən ölümcül xəsətliyi olan və bir neçə milyon insanın həyatına son qoyan vəba yenidən öz işartılarını göstərməkdədir. 

Afrika ölkəsi Madaqaskarda artıq 124 nəfər vəbadan dünyasını dəyişib. 133 nəfərə isə bu xəstəliyin diaqnozu qoyulub. 

 

Hazırda Ümumdünya Sağlamlıq Təşkilatı Madaqaskarla yanaşı o coörafiyadakı başqa ölkələrdə - Mozambik, Keniya, Tanzaniya, Efiopiya, Seyşel adalarına vəbanın yayılmasının qarşısını almağa çalışır.

Həmin dövlətlərə artıq bu barədə xəbərdarlıq da edilib. 

 

Həmçinin UNİCEF, Qızıl Xaç, ABŞ xəstəliklərə nəzarət və Mühafizə Mərkəzi, Avropa Sağlamlığa Nəzarət Mərkəzi kimi beynəlxalq təşkilatlar vəba virusunu yox etmək üçün təcili hərəkətə başlayıblar.

 ÜST öncə  Madaqaskarla dəniz və quru əlaqələri olan ölkələrdə araşdırma aparacaqlarını deyib. 

Qeyd edək ki, bəşəriyyət tarixində ən çox insan ölümünə səbəb olan xəstəlik sayılan vəbaaya yoluxan insanlarda ani qızdırma, baş gicəllənmə, qusma və ishal halları olur. Bu xəstəliyə tutulanların ölüm riski minimum 30 faizdir.

Please reload

ƏN ÇOX OXUNANLAR