PRESS NEWS AZERBAIJAN

Gəncədə kriminal avtoritetlərin “razborka”sının şok görüntüləri- VİDEO

27.10.2017

 

Xəbər verdiyimiz kimi, oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib.

Bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, habelə N.Kərimov tüfəngdən bir dəfə atəş açıb.

O da qeyd olunur ki, N.Kərimov xəsarət alan E.Nəsirovu xəstəxanaya aparmaq məqsədilə çay evindən çıxaraq oradan keçən Kəpəz RPİ-nin xidmətdən kənar vaxtı mülki geyimdə olan əməkdaşı Allahverdi Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili saxlayıb, onları xəstəxanaya aparmalarını tələb edib. Polis əməkdaşı yolda xəsarət alanı xəstəxanaya, onu isə polis idarəsinə aparacağını bildirib. Bu zaman N.Kərimov tüfənglə onu hədələyib və nəqliyyat vasitəsindən düşərək qaçıb.

Nəzərinizə çatdıraq ki, Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb. Q.Qurbanov isə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində “Sınıq körpü” sərhəd-keçid məntəqəsində yaxalanıb.

Bu gün isə Gununsesi.info-ya kriminal avtoritetlərin “razborka”sının əks olunduğu şok görüntülər daxil olub.

Həmin videonu təqdim edirik:

 

 

Please reload

ƏN ÇOX OXUNANLAR