Keçmiş Müdafiə naziri Səfər Əbiyev görün nə işlə məşğul olur
Keçmiş müdafiə naziri Səfər Əbiyev vəzifədən çıxandan sonra sanki “qeyb” oldu. Onun Çexiya vətəndaşlığını qəbul etməsi, Almaniyada biznesinin olması barədə mediada zaman-zaman xəbərlər yayılıb.
Məlumata görə, bu günlərdə Səfər Əbiyev Qubanın ən gözəl istirahət ocaqlarından biri olan “Məsti Dərgah”da olub. Q

eyd edək ki, məşhur istirahət yeri olan, bahalı otelləri ilə məşhur olan “Məsti Dərgah” Səfər Əbiyevə məxsusdur.
Məlumatlı mənbə NUH.az-a bildirib ki, Səfər Əbiyev “Məsti Dərgah”ı məşhur məmurlardan birinə satmaq üçün oteldə görüşüb.
Mənbə onu da bildirdi ki, bu istirahət zonasının istifadəyə verilməsindən sonra Quba camaatı suya həsrət qalıb. Çünki süni şəlalələr yaratmaq üçün Qubaya gələn suyun qarşısı alınıb.