top of page

Polisdə olduğu deyilən Elşad Xose danışdı: “Mən bu xəbəri yaymaqda məqsədi olanları araşdırıram...”


Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Xosenin hazırda Binəqədi rayon Polis İdarəsində olması barədə xəbər yayılıb.

Binəqədi rayon Polis İdarəsindən “Qafqazinfo”-ya Elşad Xosenin hazırda idarədə saxlanıldığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib.

Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır.

Məsələ ilə bağlı Elşad Xose ilə əlaqə saxlanılıb.

“Bu xəbəri kim yayıb bilmirəm. Mən öz işimdə-gücümdəyəm, nə polis, nə izahat. Yek kəlmə, boş söhbətlərdir. Polis məni araşdırırsa, mən özüm də elə bu xəbəri yaymaqda məqsədi olanları araşdırıram” - deyə E.Xose yayılan xəbərin əsassız olduğunu bildirb.

bottom of page