top of page

Papa mason səfiri tanımadı


Vatikan Livanın yeni səfirini akkreditasiya etməyib. Roma Papası 1-ci Fransiskin səfiri "tanımaması"nın səbəbi Livanın Vatikana səfir təyin etdiyi Conni İbrahimin mason lojasının üzvü olmasıdır.

Roma Papası imtinasını Livanın baş naziri Səad Həriri ilə görüşündə səsləndirib.

Conni İbrahimin səfir postuna təyinatını Livan hökuməti hələ iyulun 21-də təsdiqləyib. Lakin ötən aylar ərzində pontifik Vatikanda səfiri qəbul etməyib. Bu isə faktiki olaraq aqreman məsələsində imtina deməkdir.

Diplomatik qaydalara görə, belə imtinaların səbəbləri açıqlanmır.

Hələ 1738-cir ildə Roma Papası 12-ci Klement Bulla imzayalaraq bəyan etmişdi ki, katoliklik və masonluq bir arada ola bilməz.

2013-cü ilin iyulunda Braziliya səfəri əsnasında Papa 1-ci Fransisk mason lobbisini qətiyyətlə pisləmişdi.

2015-ci ildə Fransanın Vatikandakı səfiri Loran Stefaninin etimadnaməsi qəbul olunmamışdı. Səbəb fransız səfirin homoseksual olması idi.

bottom of page