PRESS NEWS AZERBAIJAN

İran Prezidenti İlham Əliyevə dollardan imtina təklif etdi

01.11.2017

 

Tehran Bakıya qarşılıqlı ticarət vaxtı hesablaşmalarda milli valyutalardan istifadə etməyi təklif edir. İran dövlət başçısının rəsmi saytı bildirir ki, bunu Tehranda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Prezident Həsən Ruhani deyib.

"İki ölkə iqtisadi-ticarət münasibətlərindəki hesablaşmalarında öz milli valyutalarından istifadə edə bilərlər", - deyə H.Ruhani bildirib.

İran prezidenti vurğulayıb ki, iqtisadi əlaqələrin müvəffəqiyyətli inkişafı birbaşa bank sferasındakı xeyirxah münasibətlərdən asılıdır.

İran lideri, həmçinin iqtisadi əməkdaşlıq üzrə birgə Azərbaycan-İran Hökümətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinə ehtiyac olduğunu bildirib.