PRESS NEWS AZERBAIJAN

Mid Yerin məhvi tarixini açıqladı – 18 gündən sonra...

01.11.2017

 

Bu ilin noyabrın 19-da dünyanın sonu baş verəcək. Bu iddia ilə məşhur numeroloq Devid Mid çıxış edib.

 

Mid bundan öncə insanlığın sonunun sentyabrın 23-də baş verəcəyini iddia etsə də, onun təxminləri doğru çıxmayıb. Özünə haqq qazandırmaq üçün numeroloq əslində sentyabrda insanlığın süqut tarixinin başladığını bildirib: “Sentyabrda insanlığın süqutu başlayıb. Bizim dünya dağılıb, amma biz sadəcə bunu görmürük”.

 

Ezoterik elminin bəzi nümayəndələri artıq Midin bu açıqlaması ilə tamamilə razı olduğunu bildiriblər. Onların fikrincə, Yeri Nibiru adlandırılan X-planet məhv edəcək.