Hindistan həkimləri daha bir riskli əməliyat keçiriblər. Hindistanlı cərrah xəstənin mədəsindən 600 ədəd mismar çıxarıb. O, mismarları 2 gün ərzində, maqnit vasitəsi ilə çıxarıb.
Pradip Kumar Dhali kəskin mədə ağrısı ilə xəstəxanaya müraciət edib. Həkimlər onu rentgen edəndə dəhşətə gəliblər. Belə ki, mismar yeyən şəxsin mədəsində yığılan xeyli mismarı görən həkimlər onun mütləq əməliyyat olunacağını söyləyiblər. Kumar Dhali əməliyyat olunub. Onun mədəsindən mismarların çıxarılması 2 gün vaxt alıb. Xoşbəxtlikdən mismarların heç biri onun mədəsini yırtmayıb.