PRESS NEWS AZERBAIJAN

Hansı kişilər yalan danışırlar?

02.11.2017

 Orqanizmdə testosteronun yüksək səviyyəsi kişiləri daha etibarlı edir. Onlar daha az yalan danışır və xəyanət edirlər. Alman alimlər bunu müvafiq eksperimentlə təsdiqləyiblər.

Onlar 46 könüllünün dərisinə hormonal gel çəkərək testosteronun səviyyəsini süni şəkildə artırıblar. Daha sonra isə onlar eksperimentdəki digər, "adi" 45 könüllü ilə qumar oynayıblar. Bonn Universitetinin professoru Bernd Veberin dediyinə görə, məqsəd kişilərin yalan danışmalarının mexanizmini öyrənmək idi. Testosteron səviyyəsi yüksək olan kişilər müsbət obraza malik olmağa çalışaraq, fırıldaqçılıq etməyiblər və yalan danışmayıblar. Bu isə testosteron miqdarının artıqlığının kişiləri antisosial davranışa sövq etməsi barədə iddiaların yanlış olduğunu göstərir.

Please reload

ƏN ÇOX OXUNANLAR