Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. 1988-ci il təvəllüdlü Şərifov Seymur Niyaz oğlu taksi sifariş edərək sürücüyə onu yaşadığı Nərimanov rayonuna aparmasını xahiş edib. S.Şərifov yaşadığı evə gələrkən taksi sürücüsü 10 manat ödəməsini tələb edib. Lakin sərnişin bu qədər pulu olmayacağını bildirdikdə tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə S.Şərifov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkmiş bunu Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilmə zamanı bildirib. Fakt araşdırılır.