Qellap institutunun ictimai rəyin öyrənilməsi mərkəzi planetin ən bədbəxt 3 ölkəsinin adlarını açıqlayıb. Bunlar Cənubi Sudan, Haiti və Ukraynadır. Ukrayna anti-reytinqdə Avropanın yeganə ölkəsi olub. Bu haqda "Rosbalt" məlumat yayıb.
Ukraynada özünü bədbəxt hesab edənlər 41 faiz, Haitidə 43 faiz, Cənubi Sudanda 47 faizdir. UNİAN agentliyinin məlumatına görə, Ukraynanın yalnız 9 faiz əhalisi özünü xoşbəxt və çiçəklənən adlandıra bilib, qalan 50 faizi isə aralıq vəziyyətdə olduqlarını bildiriblər. Ən xoşbəxt ölkələrə gəlincə, geniş miqyaslı sosial sorğuya görə, top-3-ə Norveç, Danimarka və İslandiya daxil olub.