PRESS NEWS AZERBAIJAN

Texasdakı qətliamçının kimliyi bəlli oldu

06.11.2017

 ABŞ-ın Texas ştatında kilsədə 27 nəfəri öldürən qətliamçının kimliyi məlum olub.

Pressnews.az bildirir ki, polisin araşdırması zamanı 27 nəfərin ölümü, 30 nəfərin isə yaralanmasına səbəb olan terrorçunun Devin Patrick Kelley olduğu ortaya çıxıb. Evli və bir uşaq atası olan 26 yaşlı Devinin 2009-2013-cü illərdə ABŞ Hərbi Hava Qüvvələrində çalışdığı məlum olub.

 Qeyd edək ki, hücumdan dərhal sonra hadisə yerindən qaçan qətliamçı avtomobilində ölü halda tapılıb. Onun intihar etdiyi, yaxud da ətrafdakı sakinlər tərəfindən öldürüldüyü deyilir.

“First Baptist” kilsəsində baş verən hücumda ölən və yaralananların arasında uşaq və hamilə qadınların olduğu deyilir.