top of page

Azərbaycanlı aparıcıdan Azərbaycana xəyanət


Rusiyanın “1-ci” telekanalının azərbaycanlı aparıcısı İradə Zeynalova Azərbaycan və Türkiyəyə qarşı hörmətsizlik edib.

O, bazar günü telekanalda yayımlanan xəbərlərin “Bazar günü” buraxılışında aparıcılıq edib və qondarma “erməni soyqrımı”ndan ağızdolusu danışıb. İradə Zeynalova bildirib ki, 1915-ci ildə Osmanlı İmperiyası zamanı 1.5 milyon erməni türklər tərəfindən qətlə yetirilib: “Sağ qalanlar isə əllərində uşaq hara gəldi qaçıblar. Bu insanlardan bu günədək yaşayanlar isə türklərin o vəhşiliyindən söz açırlar. Türkiyə isə bu soyqırımı qəbul etməyib. Hətta, Roma Papası Fransiskin soyqırım haqda dediyi həqiqəti rəsmi Ankara inkar edib. Təkcə İrəvanda deyil, dünyanın bütün ölkələrində erməni diasporu bu qanlı faciəni yad ediblər. Mənim həmkarım İvan Prozorov İrəvandan soyqırımla bağlı “Hamı üçün eyni dərd” adlı reportaj hazırlayıb. Reportajda bir daha vurğulanır ki, belə qanlı tarix bir daha təkrar olunmasın”.

Azərbaycanlı jurnalistin efirə verdiyi bu reportajda isə daha bir qıcıq yaradan məqam olub. “Türk vəhşiliyindən” danışılan video materialda arxa fonda Əlixan Səmədovun “Sən gəlməz oldun” kompozisiyası səsləndirilib.

Şübhəsiz ki, Yəqin İradə Zeynalova efirə çıxmazdan öncə o reportaja baxıb. Əks halda o reportaj haqda belə ürəkyanğısı ilə danışa bilməzdi.

İndi bizimçün bir sual yaranır: görəsən, bu xəyanətkar Azərbaycanlı kimdir? Necə olub ki, o Rusiyanın “1-ci” telekanalına gedib çıxa bilib?

Məsələ ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlum olub ki, həmin kanalda İradə Zenalova ilə yanaşı onun bacısını da çalışır. Və onların hər ikisinin işə Azərbaycanın baş nazirinin sabiq 1-ci müavini, işlədiyi komandaya xəyanətdə suçlananAbbas Ababovdüzəldib. İradə xanımın atası Aftandil Zeynalov isə bir vaxtlar hazırda ANS telekanalında çalışan jurnalist Mais Məmmədovun operatoru olub.

bottom of page