Bakıda mağazanın anbarı yandı - FHN

Bakının Nərimanov rayonu ərazisində yerləşən mağazalardan birinin anbarında yanğın baş verib.
Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 4 m2 sahədə rəflər və rəflərə yığılmış ərzaq malları yanıb, yüksək temperaturdan lambirdən ibarət qapı əriyib.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.