top of page

Lavrov Bakıya gəlir - NİYƏ?


Gələn həftə Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvan və Bakıya səfər edəcək.

Bu barədə informasiyanı Ermənistanın “168 Jam” qəzeti yayıb.

Lavrovun noyabrın 19-da Bakıda, 20-də isə İrəvanda olacağı bildirilir. Səfər zamanı əsas müzakirə mövzusu Qarabağ konflikti olacaq:

“Səfərlə bağlı iki versiya var. Lavrov Məmmədyarov-Nalbəndyan görüşü üçün effektiv gündəm formalaşdırmağa cəhd edə bilər. Digər tərəfdən isə Lavrov həmsədrlərin də dəstəklədiyi plan təqdim edə bilər”.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan ötən gün Soçi səfəri öncəsi rusiyalı həmkarı ilə Dağlıq Qarabağ problemini müzakirə edəcəyini bildirsə də, görüşdən sonra hər iki liderin media açıqlamasında müzakirə olunan məsələlər sırasında Qarabağın adı çəkilmədi. Kremlin mətbuat katibi Peskov isə Ərdoğanla Putinin mediaya açıqlanmaya məsfi müzakirələr də keçirdiyini bildirdi.

bottom of page