top of page

İŞİD terrorçuları Rakkadan necə çıxarıldı? – VİDEO


İraq və Suriyada ələ keçirdiyi torpaqların demək olar ki, böyük hissəsini itirən İŞİD terror qruplaşmasının Rakkanı necə tərk etməsi ilə bağlı bəzi məlumatlar ortaya çıxıb. “A24.az” bildirir ki, BBC İŞİD-in Rakkadan təxliyyə edildiyi gizli əməliyyatı “Rakkanın gizli sirləri” başlığı ilə yayımlayıb. Xəbərdə BBC Rakkanın boşaldılması üçün gizli bir anlaşmanın həyata keçirildiyini araşdırmağa çalışıb. Xəbər İŞİD terrorçuları və ailələrinin Rakkadan Suriya Demokratik Qüvvələri, Amerika və İngiltərənin himayəsində necə çıxarılmasından danışır. Rakkadan İŞİD-in təsir gücü azaldığı günlərdə tərəflər yerli əhalinin vasitəçiliyi ilə daha çox itki verməmək üçün bəzi görüşlər keçirib. Belə ki, 250 İŞİD-çi sayı 3500 olan ailələri ilə birlikdə Rakkadan çıxarılacaqdı. 50 TIR, 13 avtobus və 100-dən çox İŞİD-ə aid avtomobillər 5-6 km uzunluğunda bir konvoy halında İŞİD və ailələrini Rakkadan çıxartmaq üçün hərəkətə keçib. Yük maşınlarının sürücüləri ilə razılığa gəlinərək gizli saxlamaq istədikləri əməliyyata minlərlə dolların ödənilməsi üçün söz verilib. BBC-yə danışan yük maşının sürücülərindən Əbu Fevzinin verdiyi məlumata görə, konvoyda Fransa, Türkiyə, Azərbaycan, Pakistan, Yəmən, Səudiyyə Ərəbistanı, Çin, Tunis və Misirdən əcnəbi döyüşçülər də olub. Konvoy İraqın şimalından yola çıxıb. Diqqətləri üzərlərinə çəkməmək üçün kənd yollarından keçiblər. Əməliyyat zamanı koalisiyaya məxsus təyyarə və dronlar hava yolu ilə onları müşayət edib. Konvoy sonuncu Suriya Demokratik Qüvvələrinin nəzarət məntəqəsini keçərək İŞİD bölgəsinə daxil olub. Yük maşınının sürücülərindən Əbu Fevzi “yük maşınlarımıza bomba tələsi qurdular. Yanlış nəsə olsaydı, bütün konvoyu havaya uçurdacaqdılar” sözləri ilə gizli şəkildə həyata keçirilən təxliyə planından danışıb. BBC insan qaçaqçılığı ilə məşğul olanlarla da danışıb. Onlardan biri olan İmad “son bir neçə həftə ərzində Rakkadan ayrılıb Türkiyəyə getmək istəyən çoxlu sayda ailə oldu. Bir həftədə 20 ailəni digər tərəfə keçirtdim” deyə qeyd edib. İmada görə, əksəriyyəti əcnəbi, amma aralarında suriyalılar da olub. Düzdür, Rakka terrorçulardan təmizlənib, amma hazırda həmin terrorçular Suriya və digər ərazilərə dağılmış vəziyyətdədir. Türkiyə mediasında yayımlanan təxliyyə planını təqdim edirik:

bottom of page